Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin yeni sədri Azərbaycana səfər edəcək

Xəbərin çap versiyası
Tarix: 14-04-2017, 17:45
Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin yeni sədri Azərbaycana səfər edəcək


Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin yeni seçilmiş sədri Devid Makalisterin (David McAllister) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

SİVİL.AZ xəbər verir ki, Bu barədə APA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

O, səfərin may ayına gözlənildiyini bildirib.

S. Seyidov onun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Brüsseldə səfərdə olduğunu xatırladıb, orada vacib, əhəmiyyətli və ikitərəfli əlaqələrin inkişafına xidmət edən görüşlər keçirdiklərini qeyd edib: “Avropa Parlamenti rəsmiləri, o cümlədən Xarici Əlaqələri Komitəsinin rəhbəri Devid Makalisterlə görüşlərimiz oldu, əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr apardıq. Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr davam etdiriləcək”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz