Azərbaycanda kriminal avtoritet tutuldu

Xəbərin çap versiyası
Tarix: 15-04-2017, 12:13
Azərbaycanda kriminal avtoritet tutuldu


SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Rəşad Ramiz oğlu Bağırov saxlanılıb. Ondan 100 qram tiryək götürülüb.

Məlumata görə, R. Bağırov kriminal aləmlə yaxından əlaqələri olan şəxslərdəndir və “Şaşı” ləqəbi ilə tanınır.

R. Bağırov barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz