Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 17-04-2017, 03:00
Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib -


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

SİVİL.AZ xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 918 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Nəticə etibarilə 33 541 kv.m ərazi (991 kv.m əl ilə, 12 600 kv.m mexaniki üsulla və 19 950 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib -
Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib -
Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz