Gəlin toy gecəsi sevdiyi oğlana qoşulub qaçdı - Azərbaycanda şok hadisə
Tarix: 17-04-2017, 15:39
İmişlidə toyu olan gəlin toy gecəsi evdən qaçıb.
SİVİL.AZ-ın Avropa.info-ya istinadən verdiyi xəbərə görə, aprelin 15-də İmişli şəhəri "Kral” şadlıq sarayında toy mərasimi keçirilən İmişli rayon Qaradonlu kənd sakini Samirə Əliyeva (ad şərtidir-red.) toydan sonra evdən qaçıb.
Gəlinin sevdiyi oğlanla bərabər qaçdığı bildirilir. Hadisədən sonra qızın atası İmişli Rayon Polis Şöbəsinə qızın evdən qaçması ilə bağlı yazılı şikayət ərizəsi verib. Hal-hazırda toyu günü evdən qaçan gəlinin yerinin müəyyən edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktı İmişli polisi də təsdiqləyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər