Təranə Qumral: "Çox çılğınam!"

Xəbərin çap versiyası
Tarix: 15-03-2017, 17:25
Təranə Qumral: "Çox çılğınam!"

civilazerbaijan.com xəbər verirki, ARB TV-nin "Evgördü" verilişində qonaq olan Təranə Qumral və Musa Musayev maraqlı açıqlamalar veriblər.

Musa Musayev Təranə xanımın toylara tək getməsinə icazə vermədiyini söyləyib:

"Toylara bir gedirik. Hərdən Təranəni ayrı istəyirlər. Amma mən icazə vermirəm. İstəyən bizi belə qəbul etsin. Mən ordayamsa, olar. Başqa xanım müğənni olanda deyirlər ki, tək gəlib oxuyursız? Deyirəm, olmaz. Mən koramal kimi adamam, mənə dəyməyənə dəymərəm".

Təranə Qumral isə çox çılğın birisi olduğunu bildirib:

"Çox çılğınam, şıltağam. Hərdən deyirlər ki, sən yamansan. Vallah, elə deyiləm. Çox sakitəm. Musa çox yamandır, amma çox sakit durur. Bizim pisliyimizi istəyirlər, ayırmağa çalışırlar. Biz ayrılanda eybəcər görünürük, belə daha gözəlik. Mən uşaqlarıma çox bağlıyam. Onları görməsəm, dayana bilmirəm. Evimə kamera quraşdırmışam ki, uşaqlarımı görüm. Hər gün balaca qızıma deyirəm ki, sənin ayaqlarının altında ölüm".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz