“Boavişta” Kamran Ağayev ilə rəsmən yollarını ayırıb

Xəbərin çap versiyası
Tarix: 17-04-2017, 21:27
“Boavişta” Kamran Ağayev ilə rəsmən yollarını ayırıb


Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Boavişta”dan kənarlaşdırılması təsdiqlənib.

SİVİL.AZ xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu xəbəri Portuqaliya klubunun rəsmi facebook səhifəsi yayıb.

Pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Bununla da martın 26-da keçirilən Azərbaycan – Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, “Boavişta” rəsmi məlumat yaymamışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz