İslamiada: Voleybol millimizin ilk rəqibi bəlli oldu

Xəbərin çap versiyası
Tarix: 17-04-2017, 21:43
İslamiada: Voleybol millimizin ilk rəqibi bəlli oldu


İslam Həmrəylik Oyunları çərçivəsində keçiriləcək qadın voleybolçuların yarışının təqvimi müəyyənləşib.

SİVİL.AZ xəbər verir ki, yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, xanımların mübarizəsində cəmi 5 komanda qüvvəsini sınayacaq.

Azərbaycan millisi Türkiyə, Kamerun, Tacikistan və Qırğızıstanla mübarizə aparacaq. Bu komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk 4 yerin sahibi isə yarımfinala vəsiqə qazanacaq.

Faiq Qarayevin yetirmələri öncə Qırğızıstan, ardınca Tacikistan, Türkiyə və Kamerunla üz-üzə gələcək. Millimiz son turda istirahət edəcək. Çempionluğa əsas namizədlər Türkiyə və Azərbaycan arasında matç mayın 14-də keçiriləcək.

Qadın voleybolçuların yarışı mayın 11-də start götürəcək. Bakı Kristal Zalında keçiriləcək yarışa ayın 18-də yekun vurulacaq.

I tur
11 may

19:00. Türkiyə - Kamerun
21:30. Azərbaycan – Qırğızıstan

II tur
13 may

19:00. Türkiyə - Qırğızıstan
21:30. Azərbaycan - Tacikistan

III tur
14 may

19:00. Tacikistan – Kamerun
21:30. Azərbaycan – Türkiyə

IV tur
15 may

19:00. Tacikistan – Qırğızıstan
21:30. Azərbaycan – Kamerun

V tur
16 may

19:00. Kamerun – Qırğızıstan
21:30. Türkiyə - Tacikistan

Yarımfinal
17 may

17:00. I yerin sahibi – IV yerin sahibi
19:30. II yerin sahibi – III yerin sahibi

18 may
17:00. III yer uğrunda

19:30. Final
22:00. Mükafatlandırma mərasimi

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz