Azərbaycanda yaşamağa gələn əcnəbilərin sayı açıqlandı

Xəbərin çap versiyası
Tarix: 18-04-2017, 10:19
Azərbaycanda yaşamağa gələn əcnəbilərin sayı açıqlandı


Azərbaycanda daimi yaşamağa gələn əcnəbilərin sayı məlum olub.

SİVİL.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün gələn 306 nəfər qeydə alınıb.

Bununla yanaşı, 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz