ATƏT PA-nın rəhbəri Azərbaycana rəsmi səfərə dəvət edilib
Tarix: 18-04-2017, 10:48
Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edilib və o, dəvəti qəbul edib.
SİVİL.AZ xəbər verir ki, APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. O, aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclasının keçiriləcəyini və orada bu məsələni bir daha xanım Muttonenə çatdıracağını söyləyib: ”Səfərin konkret tarixini müzakirə edəcəyik. Ümid edirəm ki, xanım Miutonen yaxın aylarda Azərbaycana səfərə gələcək”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər