MTRŞ qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaları açıqlayıb
Tarix: 19-04-2017, 03:00
Milli Televiziya və Radio Şurası (MTRŞ) qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adlarını açıqlayıb.
SİVİL.AZ xəbər verir ki, MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, “Qaraxan” MTK, “Metronet” MTK, Bakıxanov MK MMC və “Aytac” MTK lisenziya olmadan, qeyri-qanuni fəaliyyət göstərir.
T. Mirzəzadə qeyd edib ki, qeyri-qanuni fəaliyyət göstərən IP televiziyaların adları aidiyyəti dövlət orqanlarına təqdim olunub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər