İpoteka Fondu Müşahidə Şurasının tərkibi açıqlanıb

Xəbərin çap versiyası
Tarix: 15-03-2017, 18:04
 İpoteka Fondu Müşahidə Şurasının tərkibi açıqlanıb

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurasının tərkibi açıqlanıb.

civilazerbaijan.com xəbər verir ki, Şuranın sədri maliyyə nazirinin müavini Emin Hüseynovdur.

Müşahidə Şurasının digər üzvləri isə Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), İdris İsayev (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini), Vadim Xubanov (Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini) və Comərd Əliyevdir.

Comərd Əliyev bundan öncə ləğv olunan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini olub.

AİF-in İdarə Heyətinin sədri Fəxri Kazımovdur. Onun müavini vəzifəsinə təyin olmasa da, İdarə Heyətinin digər üzvü Rəhman Hümmətovdur.

Qeyd edək ki, Azərbaycan prezidentinin 2015-ci il 27 oktyabr tarixli 662 nömrəli Fərmanına uyğun olaraq səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC formasında yenidən təşkil olunub. Ölkə başçısının 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına əsasən ASC-nin Nizamnaməsi təsdiq edilib və kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 18 avqust 2016-cı il tarixində qeydiyyatdan keçib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz