Robbendən hakimə ağır sözlər: "Hədiyyə etdi"

Xəbərin çap versiyası
Tarix: 20-04-2017, 02:00
Robbendən hakimə ağır sözlər:


"Bavariya"nın futbolçusu Aryen Robber Çempionlar Liqasının 1/4 finalında "Real"a 2:4 hesabı ilə yenildikləri oyunla bağlı açıqlama verib.

SİVİL.AZ Fanat.Az-a istinadla xəbər verir ki, holland ulduz matçın baş hakimi Viktor Kassaini ittiham edib:

"Hər kəs nə qədər gözəl oyunun baş tutduğunu gördü. Amma yarımfinala çıxan komandanı hakimin müəyyənləşdirməsi xoş olmadı. Viktor Kassai bir çox kritik səhvlərə yol verərək matçın taleyini həll etdi. Hakimlər haqqında danışmağı sevmirəm və hər zaman öz səhvlərimizə diqqəti çəkirəm. Amma bu oyun onlardan biri deyildi. Çünki növbəti mərhələyə vəsiqəni rəsmən bir tərəfdən alıb digərinə hədiyyə etdi".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz