Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 20-04-2017, 00:00
Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib -

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.

SİVİL.AZ
-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.

Qeyd olunub ki, təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.

Təlimlərdə əsas diqqət həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.

Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib -
Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib -
Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib -
Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib -
Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib -
Azərbaycan Silahlı Qüvvələrinin təlimlərinin növbəti mərhələsi keçirilib -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz