Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib

Xəbərin çap versiyası
Tarix: 21-04-2017, 14:02
Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib


Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.

SİVİL.AZ xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.

O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.

8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz