Çempionlar Liqasında Madrid derbisi - Finala kimlər çıxacaq?

Xəbərin çap versiyası
Tarix: 21-04-2017, 14:40
Çempionlar Liqasında Madrid derbisi -


Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

SİVİL.AZ xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə qitənin ən nüfuzlu klub turnirinin son 4 komandası rəqiblərini tanıyıb.

Bu mərhələdə azarkeşlər Madrid derbisinə şahidlik edəcək. Belə ki, "Real" "Atletiko"ya rəqib olub. İlk oyun "Kral Klubu"nun stadionunda keçiriləcək.

Digər cütlükdə isə "Monako" və "Yuventus" münasibətlərinə aydınlıq gətirəcək. İlk matç Fransada baş tutacaq.

Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində oynanılacaq. Turnirin final görüşü isə iyunun 3-də Uelsin paytaxtı Kardiffdə keçiriləcək.

Bu gün finalın nominal ev sahibi də müəyyənləşib. İyunun 3-də Kardiffdəki Millennium stadionunda baş tutacaq finalın nominal ev sahibi "Monako" - "Yuventus" cütünün qalibi olacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz