Avroliqada yarımfinalın püşkü atıldı - FOTO

Xəbərin çap versiyası
Tarix: 21-04-2017, 18:00
Avroliqada yarımfinalın püşkü atıldı -


Avropa Liqasında yarımfinalın püşkü atılıb.

SİVİL.AZ xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə qitənin ikinci dərəcəli klub turnirində 4 komanda rəqiblərini tanıyıb.

Püşk İngiltərənin "Mançester Yunayted" və İspaniyanan "Selta" klublarını üz-üzə qoyub. İlk matç İspaniyada baş tutacaq.

Digər cütlükdə isə Hollandiyanın "Ayaks" və Fransanın "Lion" klubları qarşılaşacaq. İlk görüş Amsterdamda keçriləcək.

Yarımfinalın ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

Mərasimdə finalın nominal meydan sahibi də müəyyənləşib. Mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena in Solna”da baş tutacaq finalın nominal meydan sahibi "Ayaks" - "Lion" cütünün qalibi olacaq.

Avroliqada yarımfinalın püşkü atıldı -
Avroliqada yarımfinalın püşkü atıldı -
Avroliqada yarımfinalın püşkü atıldı -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz