Mərakeşin xarici işlər naziri Azərbaycana gələcək
Tarix: 23-04-2017, 09:30
Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.
SİVİL.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.
Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: "İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər