Rövnəq Abdullayev: "AZAL birinci diviziona düşə bilər"
Tarix: 23-04-2017, 03:30
Azərbaycan Premyer Liqasının növbəti mövsümündə neçə komandanın iştirak edəcəyi hələ müəyyənləşməyib.
SİVİL.AZ xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev bildirib.
"Növbəti mövsümdə Premyer Liqada neçə komandanın iştirak edəcəyi haqda hələ qərar verilməyib. Mövsüm bitəndən sonra bunu müzakirə edəcəyik. Lizensiya ala bilən bütün komandalar Premyer Liqada iştirak edəcək. AZAL sonuncu pillədə qərarlaşıb. Bu komandanın məsələsinə baxacağıq. Qaydalara əsasən, çempionatdan çıxmalıdı. Əgər I divizion klublarından lisenziya alan olsa, AZAL aşağı dəstəyə düşəcək. Aşağı liqadan neçə komandanın elitaya qalxacağını isə hələ bilmirik", - deyə R. Abdullayev bildirib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər