Azərbaycanda hərrac mərkəzi yaradılıb
Tarix: 24-04-2017, 09:00
Azərbaycanda bağlanmış bankların əmlakın satışını həyata keçirmək üçün hərrac mərkəzi yaradılıb.
SİVİL.AZ xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, mərkəz Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək.
Qeyd edək ki, keçən il Azərbaycanda 11 bank bağlanıb - Qafqaz inkişaf bankı, United Credit Bank, Bank Standard, Zaminbank, Dekabank, Kredobank, Atrabank, Bank of Azerbaijan, Gandjabank, Texnikabank və Parabank.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər