Çempionluq kuboku “Qarabağ” klubuna təqdim edilib

Xəbərin çap versiyası
Tarix: 24-04-2017, 00:43
Çempionluq kuboku “Qarabağ” klubuna təqdim edilib


“Sumqayıt”la Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra “Qarabağ”a çempionluq kuboku təqdim edilib.

SİVİL.AZ xəbər verir ki, mərasimə “Ağdam” klubunun prezidenti Abdulbari Gözəl də qatılıb.

A. Gözəl baş məşqçi Qurban Qurbanovu və futbolçuları təbrik edib.

Sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Abdulbari Gözəl komanda üzvlərinə medalları təqdim edib.

Futbolçular mükafatlandırma mərasiminə üzərində ulduz şəkli olan forma ilə çıxıblar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz