"...Yaxşı ata ola bilmədim" - FİKRƏT QOCA

Xəbərin çap versiyası
Tarix: 16-03-2017, 11:42
"...Yaxşı ata ola bilmədim" -

“Oğlumu kim tərəfindən, hansı məqsədlə öldürülməsi ilə maraqlanmıram. Bu dərd mənə bəsdir”

civilazerbaijan.com bildirir ki, bunu AzVision.az-a xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca deyib. O, bu işlə dövlət orqanlarının məşğul olduğunu, cinayətkarların qanunla cəzalandırılacağını söyləyib: “Oğlum ölüb. Ata üçün bundan böyük dərd ola bilməz”

Fikrət Qoca oğlunun ölümü ilə ötən gün şeir yazdığını, fikirlərini həmin şeirdə ifadə etdiyini əlavə edib: “Oğlum üçün iki şeir yazmışam. Biri o dünyaya gələndə yazılıb, digəri isə dünyadan köçəndə...”.

Oğluma sonuncu layla
Mən səni qorudum uşaqlığından,
Mən səni qorudum cavanlığından,
Qorudum səni mən baba olunca
Demirəm izlədim, gəzdim dalınca...
Bu sözü atalar deyib əzəldən: "Ac qarın özünü verər qılınca".
Bəlkə yaxşı ata ola bilmədim
Səni öz əlindən ala bilmədim.
Sən öldün, amma mən ölə bilmədim.
İndi yaşayıram qalan vaxtımı.
Yaşamaq...Yəni bu yaşamaqdımı?...

Qeyd edək ki, DİN-in yaydığı məlumata əsasən, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz