Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Xəbərin çap versiyası
Tarix: 24-04-2017, 10:42
Bu gün AŞPA-nın yaz sessiyası başlayır


Bu gün Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası başlayır.

SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, sessiya aprelin 28-nə kimi davam edəcək. Türkiyədə demokratik institutların fəaliyyəti sessiyanın əsas müzakirə mövzusu olacaq. Müzakirə olunacaq mövzular sırasında Şimali Qafqazda insan haqlarının vəziyyəti, gəlir bərabərsizliyinin artması, qadın qaçqınların genderlə bağlı zorakılıqdan müdafiəsi də var.

Yaz sessiyasında İspaniya kralı VI Filip və Yunanıstan prezidenti Prokopis Pavlopolusun çıxışları nəzərdə tutulub. Bundan başqa, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Mujnieks 2016-cı il üzrə hesabatını təqdim edəcək. Bununla yanaşı, Kiprin xarici işlər naziri İonnis Kasoulides ölkəsinin Nazirlər Komitəsində sədrliyi ilə bağlı nitq söyləyəcək.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti artıq Strasburqdadır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz