Ayaz Mütəllibovun xanımı əməliyyat olundu

Xəbərin çap versiyası
Tarix: 24-04-2017, 12:25
Ayaz Mütəllibovun xanımı əməliyyat olundu


Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Adilə Mütəllibova əməliyyat edilib.

SİVİL.AZ Lent.az-a istinadla xəbər verir ki, A.Mütəllibova dünən Mərkəzi Klinik Xəstəxanada cərrahiyyə əməliyyatı keçirib. Onun həyatı üçün hər hansı təhlükə qalmayıb.

Keçmiş prezident bildirib ki, əməliyyat qaydasında keçib: "Həkimlər dedilər ki, hər şey normaldır. Bu gün yəqin ki, palataya köçürüləcək, sabah isə evə buraxılacaq. Vətənimizdə çoxlu istedadlı həkimlər, mütəxəssislər var. Onlardan çox razıyam. Bizə böyük diqqət göstərdilər".

Qeyd edək ki, Ayaz Mütəllibovun həyat yoldaşı Mütəllibova Adilə Musa qızı 1938-ci ildə Bakıda anadan olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz