Bakıda "Erməni soyqırımı" real tarix, yaxud tarixin yalanı" konfransı keçirilib
Tarix: 24-04-2017, 12:43
Bu gün Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” adlı elmi-praktiki konfrans keçirilib.
SİVİL.AZ xəbər verir ki, konfransda müxtəlif dövlərt qurumlarının nümayəndələri, millət vəkilləri, xarici qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Türkiyənin Tələt Paşa Komitəsinin sədri Ali Erdinç bildirib ki, erməni saxtakarları tərəfindən yayılan yalanları ortaya çıxarmaq və onlara qarşı mübarizə aparmaq üçün güclərimizi birləşdirməliyik:
“Türkiyə və Azərbaycanın inkişafının önündə əngəl olan bu cür yalanlarla heç bir şeydən çəkinmədən mübarizə aparmalıyıq. Biz yetərli mübarizə aparmasaq, onlar öz yalanlarını daha da artıracaqlar. Ona görə də biz erməni yalanlarını bütün dünyaya tanıtmaq üçün bir yola çıxdıq”.
A. Erdinç bildirib ki, ermənilər 1915-1918-ci illərdə Van, İstanbul, Ərzurum və Türkiyənin digər şəhərlərində, həmçinin Bakıda və Azərbaycanın digər ərazilərində 10 minlərlə günahsız insanı qətlə yetiriblər:
“Biz ermənilərin bütün bu vəhşiliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq və onlara öz cinayət əməllərini gizlədərək dünya ictimaiyyətini aldatmağa imkan verməməliyik. Biz Dağlıq Qarabağ münaqişəsi məsələsində də daim qardaş Azərbaycanın yanındayıq və inanırıq ki, bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”.
Sonra çıxış edən Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, Azərbaycan erməni yalanlarına qarşı daim mübarizə aparıb:
“Bu isiqamətdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən mübarizə aparılır. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Lakin ermənilər bu gün də öz yalanlarını dünyada yaymağa davam edirlər. Biz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməli və bəşəriyyəti erməni yalanından xilas etməliyik. Bu istiqamtədə ölkəmizdə geniş iş aparılır”.
İ. Həbibəyli bildirib ki, ermənilər tarixi saxtalaşdırılar:
“Onların “Böyük Ermənistan” xülyasına baxsaq görərik ki, Böyük Qafqazı, Anadolunun bir hissəsini və digər əraziləri özlərinin “xəritə”sinə salıblar. Bəs onda bu ərazilərdə yaşayan xalqların vətənləri hara olub? Bax, ermənilər bu cür xülyalarla tarixi saxtalaşdırırlar. Biz, Azərbaycan və Türkiyə alimləri ermənilərə qarşı birgə mübarizə aparmalı, faktları ortaya qoymalıyıq”.
Daha sonra çıxış edən Moldovanın keçmiş ombudsmanı Aureliya Qriqoriu bildirib ki, Ermənistan monoetnik dövlətdir və öz ərazisində digər xalqları görmək istəmir:
“Ona görə də bu gün müzakirə edilən mövzu tək Azərbaycan və Türkiyə və türk xalqları üçün əhəmiyyət kəsb etmir, bu mövzu bütün dünya xalqları üçün aktualdır. Ermənilər öz saxta təbliğatını yaymaq üçün xarici ölkələrin KİV-lərindən aktiv istifadə edirlər”.
Konfransda daha sonra çıxış edən Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov, AMEA Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Rüstəmova – Tohidi və digər ştirakçılar çıxış edərək erməni yalanları, onların soyqırım və cinayət əməlləri haqqında danışıblar.
Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təşkil edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər