Məhkəməyə hörmətsizlik edən şəxs 48 saatlıq həbs olunub
Tarix: 24-04-2017, 14:55
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Möhkəm Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nəsimi Hüseynov ifadə verib.
O, hakimin suallarına kobud cavab verdiyi və məhkəməyə dəfələrlə çağırılmasına baxmayaraq gəlmədiyi üçün barəsində 48 saatlıq həbs cəzası seçilib.
Hakim şahidin davranışını məhkəməyə qarşı hörmətsizlik kimi qiymətləndirib.
Məhkəməyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları dəvət edilib və Nəsimi Hüseynov həbs edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər