İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək

Xəbərin çap versiyası
Tarix: 24-04-2017, 18:42
İTV-nin baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə seçki sabah keçiriləcək.

SİVİL.AZ xəbər verir ki, bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumat verib.

Onun sözlərinə görə, baş direktor İTV-nin Yayım Şurasının iclasında seçiləcək.

M. İmanov qeyd edib ki, iclasa Yayım Şurasının üzvləri ilə bərabər namizədlər də qatılacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib. Müsabiqəyə sənəd qəbulu başa çatıb. İTV-nin baş direktoru vəzifəsinə 5 nəfər iddiaçı - Paşazadə Tahir Ağalar oğlu, Quliyev Cəmil Elşad oğlu, Soltanov İltifat Hacıxanoğlu, Məmmədov Tahir Tais oğlu və Ağayeva Afaq Ağaibrahim qızı müsabiqəyə sənəd təqdim edib.

İTV-nin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz