Bakı şəhər prokuroru Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib
Tarix: 25-04-2017, 13:13
Milli Məclisin bu gün keçirilən plenar iclasında Ali Məhkəməyə yeni hakimin seçilməsi məsələsinə baxılıb.
SİVİL.AZ xəbər verir ki, APA-nın məlumatına görə, Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürülüb.
Millət vəkilləri Əziz Seyidovun Ali Məhkəmənin hakimi təyinatının lehinə səs veriblər. Bununla da, Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib.
Qeyd edək ki, Bakı şəhər prokuroru Ə. Seyidovun səlahiyyət müddəti bu il başa çatıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər