"İçerde"nin aktyoru HƏBS EDİLDİ

Xəbərin çap versiyası
Tarix: 26-04-2017, 08:58
"İçerde"nin aktyoru


Türkiyənin məşhur aktyoru Selim Erdoğan saxlanılıb. O, narkotik maddə hazırlamaqda şübhəli bilinir.

SİVİL.AZ xəbər verir ki, Musavat.com-un məlumatına görə, Muğla əyalətinin Marmaris rayonunda bir villada narkotik hazırlandığı barədə məlumat alan jandarma əməkdaşları həmin ünvana basqın ediblər. Nəticədə 840 qram marixuana və digər narkotik maddələr ələ keçirən jandarma işçiləri evin məşhur aktyor tərəfindən kirayələndiyini aşkar ediblər. Bundan sonra aktyor Selim Erdoğan həbs edilib. O, tibbi müayinədən sonra Jandarma idarəsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, Selim Erdoğan “Çiçek taksi”, “Kurtlar Vadisi Pusu”, “Arka Sokaklar”, “İçerde” kimi məşhur seriallarda rol alıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz