Daha az benzin işlədən avtomobillər - SİYAHI
Tarix: 26-04-2017, 23:00
Avtomobil alıcıları daha az benzin israf edən avtomobillərə üstünlük verirlər. Maraqlıdır, həmin avtomobillər hansılardır?
SİVİL.AZ xəbər verir ki, mövzu ilə bağlı metbuat.az-a açıqlama verən avtomobil ustası Əli Sultanov bildirib ki, kiçik mühərrikli avtomobillər daha az benzin israf edir. Bu səbəblə, Avropada həmin növ avtomobillər daha çox satılır:
“Avropada son illər “1300 turbo dizel”ə qayıdıb. Yəni kiçik mühərriklərə. Onlar mühərrikin gücün artırmaqla, sərfiyyatı azaltmağa çalışırlar. Həmin avtomobillər bunlardır:
“Peugeot”;
“Renault”;
“OPEL”;
“SEAT”;
“Citroen”;
Kiçik mühərrikli “Hundai” və “Nissan” modelləri.
“Mercedes”, “BMW” kimi avtomobillərin mühərriki böyük olduğu üçün, bu avtomobillər Avropa modelləri ilə müqayisədə daha çox yanacaq sərf edir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər