Nazirlik gücləndirilmiş iş rejiminə keçdi - Sərhəddə meşə yanır
Tarix: 27-04-2017, 11:27
Rusiya - Azərbaycan sərhəddində, Dağıstan ərazisində baş verən meşə yanğını ilə bağlı Azərbaycan tərəfində təhlükəsizlik tədbirləri görülür.
SİVİL.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğının Azərbaycan tərəfinə keçməsinin qarşısını almaq üçün nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib.
Qurumdan bildiriblər ki, yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi yoxdur:
"Meşə yanğınının Azərbaycan tərəfinə keçmək təhlükəsi gözlənilmir. Amma bütün hallarda əlaqədar qurumlar sərhəddə təhlükəsizlik tədbirləri görür".
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər