Üç rayonun əhalisi 2 gün təbii qazsız qalacaq
Tarix: 27-04-2017, 13:24
Azərbaycanın üç rayonunun əhalisi iki gün mavi yanacaqsız qalacaq.
SİVİL.AZ-ın İstiPress-ə istinadən verdiyi məlumata görə, Bakı-Quba-Rusiya sərhədi yolunun 132-192-ci km-də tikinti işləri ilə əlaqədar aprelin 27-si səhər saat 8-dən aprelin 29-u səhər saat 8-dək Qusar, Quba, Xaçmaz rayonlarına təbii qazın verilişi dayandırılacaq.
İki gün müddətinə təbii qazın olmayacağı barədə “Azəravtoyol”un müraciəti əsasında “Azəriqaz” rayon icra hakimiyyətlərini məlumatlandırıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər