Ramil Usubov iki rayonun polis rəisini dəyişdirdi
Tarix: 28-04-2017, 14:40
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.
SİVİL.AZ xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib. O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib. ("Qaynar")
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər