XİN: Ermənistanın növbəti təxribatının qarşısı alınıb

Xəbərin çap versiyası
Tarix: 1-05-2017, 16:47
XİN: Ermənistanın növbəti təxribatının qarşısı alınıb


Mayın 5-15-də İspaniyada keçiriləcək “Costa Blanca Fashion Week” Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb. Ermənistan tərəfi yenə də təxribatçı məqsədlərlə bu tədbirdə qondarma rejimin təmsilçisinin iştirakına cəhd edirdi.

SİVİL.AZ xəbər verir ki, bu barədə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

“Məsələ ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına, o cümlədən tədbirin təşkilatçılarına müraciətlər edib və Ermənistanın növbəti təxribatının qarşısını almaq üçün digər zəruri tədbirlər görüb.

Benidorm şəhər icra hakimiyyətindən səfirliyimizə bildirilib ki, sözügedən tədbirdə qondarma rejimin təmsilçisinin iştirakının qarşısı alınıb”,- deyə Hikmət Hacıyev qeyd edib. (AZƏRTAC)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz