ATƏT cəbhədə monitorinq keçirəcək

Xəbərin çap versiyası
Tarix: 3-05-2017, 10:39
ATƏT cəbhədə monitorinq keçirəcək


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİVİL.AZ-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz