UEFA penaltilər seriyasında dəyişikliklərlə bağlı eksperiment aparır

Xəbərin çap versiyası
Tarix: 3-05-2017, 16:15
UEFA penaltilər seriyasında dəyişikliklərlə bağlı eksperiment aparır


Dünən start götürən 17 yaşadək qızlar arasında Avropa çempionatının final mərhələsi futbol tarixinə yeniliklə düşəcək.

SİVİL.AZ-ın məlumatına görə, UEFA bu turnirdən eksperiment kimi istifadə etməyə qərar verib.

Söhbət zərurət yaranacağı halda istifadə olunacaq penaltilər seriyasından gedir. Bu seriyada yeniliyi sınaqdan keçirəcək UEFA bu addımı Beynəlxalq Futbol Assosiasiyaları Şurasının icazəsi ilə gerçəkləşdirəcək.

Yeniliyə əsasən seriyada ilk zərbəni kimin vurmasından asılı olmayaraq, heç bir komanda üstünlük qazanmayacaq.

Belə ki, seriyanın 1-ci, 3-cü, 5-ci zərbəsini əvvəl vuracaq komanda 2-ci və 4-cü zərbədə rəqibini gözləyəcək. Ehtiyac yaransa, ardıcıllıq bu cür də davam edəcək. Bir sözlə, ilk zərbədən sonrakı penaltiləri hər komanda ardıcıl 2 dəfə icra edəcək.

Qeyd edək ki, eksperiment qadınlar, U-21, U-19, U-17 və qızlardan ibarət U-19-lar arasında bu yay keçiriləcək qitə çempionatlarının final mərhələlərində də aparılacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz