Messi “Barselona”nın yeni müqavilə ilə bağlı təklifini rədd edib
Tarix: 6-05-2017, 00:09
“Barselona”nın hücumçusu Lionel Messi klubun yeni müqavilə ilə bağlı ilkin təklifini rədd edib.
SİVİL.AZ xəbər verir ki, bu haqda “AS” yazıb.
Argentinalı futbolçuya ildə 30-35 milyon avroluq məvaciblə 2022-ci ilədək nəzərdə tutulan müqavilə təklif olunub.
Qeyd edək ki, L. Messinin “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər