Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir

Xəbərin çap versiyası
Tarix: 8-05-2017, 11:15
Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara


Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları başlayır.

SİVİL.AZ xəbər verir ki, “A” qrupu çərçivəsində Səudiyyə Ərəbistanı millisi Mərakeş komandası ilə qarşılaşır.

Futbol yarışında səkkiz komanda mübarizə aparacaq. Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar.

Azərbaycan millisi ev sahibi olduğu üçün “A” qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaqlar.

“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq.

Futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz