Ermənilərə məlumat ötürən hərbçilərə nə cəza veriləcək? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 8-05-2017, 17:28
Ermənilərə məlumat ötürən hərbçilərə nə cəza veriləcək? -


"Vətənə xəyanətdə ittiham olunan hərbi qulluqçuların əlaqələrinin axtarılması istiqamətində istintaq axtarış tədbirləri həyata keçirilir”.

SİVİL.AZ xəbər verir ki, bu sözləri açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, istintaq prosesində həmin şəxslərin təqsirlilik dərəcəsi müəyyənləşdiriləcək: "Daha sonra cinayətin edilməsi ilə bağlı dəlillər, faktlar toplanacaq və iş məhkəməyə veriləcək. Onlar haqda müvafiq məhkəmə qərarları qəbul olunacaq. Onlarıın düşmən tərəfi əlaqə saxlaması artıq faktdır. Yalnız bu faktlar yetər ki, onlar haqda başlanacaq cinayət işində müvafiq istintaq axtarış hərəkətləri həyata keçirilsin. Yəni bunların hamısı uzunmüddətli nəzarət nəticəsində əməliyyat axtarış tədbirləri zamanı əldə edilmiş məlumatlara söykənib. Əminəm ki, onların əməkdaşlıq etdiyi şəxslər, bütün dairələr tam aşkarlanacaq. Onlar da cəzalandırılacaq. Bu da bizə yeni əlavə güc verəcək ki, ordumuz daha qüvvətlənsin, möhkəm və diqqətli olsun”.

Hüquqşünas hesab edir ki, vətənə hər hansı formada xənayət etmiş şəxslərə heç bir güzəşt edilə bilməz: "İstintaq zamanı onların əməllərində bu cinayət tərkibi sübut olunacaqsa, öz layiqli cavablarını almalıdırlar”.

Ə. Nuriyev məsələ ilə bağlı öz düşüncələrini də bölüşüb: "Mən bu hərəkətə anlam verməyə çətinlik çəkirəm. Çünki Azərbaycan ərazisi işğal olunub. Düşmənlə əlaqəyə girərək Azərbaycan ordusunun müvafiq bölgələrdə hərəkət istiqamətləri, onlar haqda məlumatları hansısa maddi mənfəət hesabına toplayıb düşmənə ötürmək dəhşətdir. Bunu edənlərin bu qədər alçalması ləyaqətdən, şərəfdən uzaq bir hərəkətdir. Təbii ki, onlar hüquqi qiymətlərini alacaqlar.

Eyni zamanda digər bu iddiada olan və ya bu fikrə düşən insanlara da dərs oldu. Onlar da bu hərəkətlərindən çəkilsinlər. Belə bir hərəkət etmək, vətənə xəyanət, onların xeyrinə fəaliyyət göstərmək, məlumatları vermək kimi addımlardan yayınsınlar. Xüsusilə də Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı necə illərdir ki, mübarizə aparıb şəhidlər vermişik. Əminəm ki, o vətənə xəyanət edənlərin də bir çoxlarının şəhidlər arasında qohumları var. İnsan üçün torpaqdan əziz nə ola bilər? Torpaqlarımız işğal altındadır. İşğalçı ilə əlaqəyə girib hərbi məlumatlarımızı ötürmək düzgün deyil. Bu həm hüquqi, həm də mənəvi mənada bütövlükdə ağır cinayətdir. Bu heç cür bağışlanıla bilməz. Bütün dövrlərə baxsaq vətənə xəyanət heç vaxt bağışlanmayıb.

Ümumiyyətlə, hər kəs diqqətli olmalıdır. Çünki düşmən həddindən artıq ləyaqətsiz bir tərəfdir. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır. İndiki an daha çox sayıq olmalıyıq. Düşmən bir il əvvəlki məğlubiyyətini görüb hər cür cəbhəboyu təxribatlara əl atır. Ona görə fəallığımızı 10 dəfə artırmalıyıq”. ("Qaynarinfo")

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz