Azərbaycanda qarşısı alınan terror aksiyaları - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 9-05-2017, 12:28
Azərbaycanda qarşısı alınan terror aksiyaları -


Hazırda dünyanı terror dalğası bürüyüb. Avropa ölkələrində, Yaxın Şərqdə, Afrikada, Rusiyada, Türkiyədə terror xəbərlərini tez-tez eşidirk.

Azərbaycan Avropa və Asiyanın birləşdiyi yerdə, xüsusi strateji əhəmiyyəti olan əlverişli coğrafi mövqedə yerləşir və iki qitə arasında xüsusi qapı rolunu oynayır. Bu zaman Azərbaycanın daha çox təhlükənin caynağında olmasını deməmək mümkün deyil.

Azərbaycanda tarixən terror törədənlərə təlimatı Ermənistan və Rusiyadakı bəzi maraqlı dairələr verib. İran da bu sırada istisna deyil. Son zamanlarda isə dünyaya qan udduran İŞİD-in aktiv əl işləri görsənib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində İŞİD-ə işləyənlərin terror törətmək istəkləri qursaqlarında qalıb.

Dağıstandan da xüsusi silahlı qruplaşmalar Azərbaycanın bəzi bölgələrində terror törətməyə cəhd ediblər. Zaqatala, Balakən istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində silahlı qruplaşmaların fəaliyyətinin qarşısı uğurla alınıb.

Yaxın illərdə də dəfələrlə Bakı şəhərində, əhalinin sıxlığı çox olan yerlərdə terror törətmək istəyənlər dəfələrlə zərərsizləşdirilib.

Qarşısı alınan terrorlar

Azərbaycanın dünya əhəmiyyətli yarışlara, konfranslara ev sahibliyi etməsi onu istəməyən qüvvələri hərəkətə keçirsə də, arzuları beşikdəcə boğulub. “Eurovision 2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror aktı həyata keçirməyi və prezidentə sui-qəsd etməyi planlaşdıran 29 nəfərdən ibarət dəstə zərəsizləşdirildi. Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması olub.

Azərbaycan Respublikas Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1978-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci ildə zərərsizləşdirilmiş “Əbu Cəfər” ləqəbli Naif əl-Bədəvinin rəhbərlik etdiyi terrorçu təşkilatın tərkibində fəaliyyət göstərdiyinə görə məhkum olunmuş Cami Emin Əzizağa azadlığa çıxdıqdan sonra 2016-cı il dekabrın 3-də Bakı şəhərinin Binə Ticarət Mərkəzi yaxınlığında “şəhid kəməri”ni partlatmağa cəhd edərkən məhv edilib.

Azərbaycanda terror aksiyalarını ən çox tarixi düşmənimiz Ermənistan törədib. Yaxın tarixə nəzər saldıqda, Azərbaycanda müxtəlif regionlarda avtobusda, magistral yollarda, gəmi-bərələrdə, dəmiryol vağzallarında, metrostansiyalarda ermənilər dəfələrlə terror aktları törədib.

Statistikaya görə, 1988-1993-cü illərdə ermənilər tərəfindən mülki şəxslərə və hərbçilərə qarşı törədilənterror aktları nəticəsində 1250 nəfər həlak olub, 1283 nəfər yaralanmıb, 65 nəfər itkin düşüb.

1990-cı ildə ermənilərin həyata keçirdiyi irimiqyaslı terror aktı Bakıda metrostansiyalarında həyata keçirilib.

1994-cü ildə Bakı metropolitenində mart və iyul aylarında iki terror aktı olub.

Birinci partlayış martın 19-u “20 Yanvar” metro stansiyasında baş verib. Saat 13.00-da qatar stansiyada dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb.

İstintaq nəticəsində terroru törədən “Sadval” separatçı təşkilatının üzvləri həbs olunub.

1994-cü il, iyulun 3-ü “28 May” və “Gənclik” stansiyalarının arasında terror aktı həyata keçirilib. Saat 8.30 “28 May” stansiyasından çıxmış qatarın ikinci vaqonunda partlayış olub.

Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. Terror aktını Azər Aslanov törədib. O, Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülüb. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999 cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilib. 2001-ci ildə Erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında həyata keçirilən terror aktı nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Terroru həyata keçirən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Fərda Qədirov universitetin ikinci korpusuna daxil olub. O, binanaın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açıb. Terroru həyata keçirdikdən sonra isə özünü öldürüb.

Ancaq qətliamın baş vermə səbəbi bu günə qədər sual altındadır. Fərdanın erməni xüsusi kəşfiyyat orqanları tərəfindən idarə edildiyi bildirilib.

Azərbaycanda potensial terrorçular kimlərdir?


Azərbaycan düşmənlə mübarizədə artıq təkmilləşibdir. Bu gün də Azərbaycanda terror törətmək istəyənlər dinc durmur. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları nəticəsində terror aktlarının qabağı alınır.

Tanınmış politoloq Fikrət Sadıxov qeyd edir ki, Azərbaycanda terror törətmək istəyən potensial terrorçuları müəyyən qüvvələr həmişə idarə edir. “Terror aktlarının qarşısı Azərbaycanın ayıq-sayıqlığı, terrora qarşı əsaslı, düşünülmüş siyasət aparmağı nəticəsində alınır. Biz hər zaman hədəfdəyik. Müəyyən qüvvələr var ki, həmişə fəaliyyətdədirlər. Bunun sübutu kimi də erməniyə hərbi sirr ötürən hərbçiləri göstərmək olar. Məcmu şəkildə siyasi formata çevrilsə, terrorun qabağın ala biləcəyik. Amma tam terrordan tam sığortalanmaq mümkün deyil”.

Politoloq qeyd edir ki, aparıcı dövlətlər düşməndən istifadə edərək də azərbaycana zərbə endirmk istəyirlər. Bizdən xoşu gəlməyən, siyasi maraqlarımızı həzm etməyənlər Ermənistanın əlilə Azərbaycanda terror həyata keçirmək istəyirlər. Terror aktlarının törədilməsi asan məsələdir. Neft Akademiyasında törədilən terror Gürcüstandan gələn, müəyyən qüvvələrin kəşfiyyatı nəticəsində həyata keçirilib. Hər an Azərbaycanın suverenliyinə qarşı terror törətmək istəyənlər ola bilər”. (a24.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz