Yavər Camalov Türkiyənin müdafiə naziri ilə görüşüb

Xəbərin çap versiyası
Tarix: 10-05-2017, 14:24
Yavər Camalov Türkiyənin müdafiə naziri ilə görüşüb


Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov İstanbulda keçirilən “İDEF - 2017” hərbi sərgisi çərçivəsində Türkiyənin milli müdafiə naziri Fikri İşıqla görüşüb.


SİVİL.AZ xəbər verir ki, Y. Camalov sərginin yüksək səviyyədə təşkil olunduğunu deyib.

O, bu gün ASELSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə imzalanacağını deyib.

Nazirlər arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz