Turan Tovuz" Premyer Liqaya buraxılmayacaq

Xəbərin çap versiyası
Tarix: 10-05-2017, 14:50
Turan Tovuz" Premyer Liqaya buraxılmayacaq


"Mən öz üzərimə düşən işi gördüm. Bundan sonrası rəhbərliyin işidir. Bildiyimə görə, "Turan Tovuz" Premyer Liqaya buraxılmayacaq".

SİVİL.AZ xəbər verir ki, bu sözləri "Turan Tovuz" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

"Turan Tovuz" bu mövsüm birinci divizionun çempionu olsa da, komandanın Premyer Liqada iştirakı üçün lazım olan öhdəliklər yerinə yetirilməyib.

Buna münasibət bildirən Ə.Abdullayev klub rəhbərliyinin hələlik bir addım atmadığını bildirib: "Mənə də deyirlər ki, lisenziya məsələsi yoluna qoyulacaq. Bu sözləri eşidirəm, ancaq işləri görmürəm. Ortalıqda bir şey yoxdur".

Qeyd edək ki, "Turan Tovuz" Premyer Liqada iştirak etmək üçün tələb olunan bank təminatını AFFA-ya təqdim etməyib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz