Saatlıda zəlzələ olub
Tarix: 11-05-2017, 10:34
Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
SİVİL.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:24:19-da qeydə alınıb.
Maqnitudası 5.3, dərinliyi 48 km olan zəlzələ Saatlıdan 24 km cənub-şərqdə Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dağıntı və tələfat haqqında məlumat daxil olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər