Neft şirkətinin əməkdaşı dəhşətli status yazıb, özünü binadan atdı – FOTO

Xəbərin çap versiyası
Tarix: 12-05-2017, 11:09
Neft şirkətinin əməkdaşı dəhşətli status yazıb, özünü binadan atdı –


Dünən Bakı şəhərinin Xətai rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

SİVİL.AZ xəbər verir ki, Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atan 30 yaşlı Elgün Əsədov SOCAR-ın mühəndisi olub. O, ailəli, 1 uşaq atası olub.

Bildirilir ki, Pirallahı rayonunda qeydiyyatda olan E. Əsədov bir müddət əvvəl Xətai rayonunda 16-cı mərtəbədə mənzil alıb və ailəsi ilə burada yaşayıb. Hadisə vaxtı isə onun ailəsi rayonda olub. Elgün bacısı ilə mənzildə olarkən qəfil pəncərəyə tərəf gedib və özünü atıb.

30 yaşlı E. Əsədovun bacısı deyib ki, qışqırıq səsi eşidib və eyvana doğru qaçıb. Bu zaman dəhşətli hadisənin şahidi olub.

Maraqlıdır ki, E. Əsədov intihar etməzdən əvvəl feysbuk səhifəsində ölüm anonsu verib. Onun statusunu və bəzi fotolarını təqdim edirik. (lent.az)

Neft şirkətinin əməkdaşı dəhşətli status yazıb, özünü binadan atdı –

Neft şirkətinin əməkdaşı dəhşətli status yazıb, özünü binadan atdı –


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz