Arvadı azərbaycanlı milyarderə oğlunun sinif yoldaşı ilə xəyanət etdi
Tarix: 12-05-2017, 11:19
Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir.
SİVİL.AZ xəbər verir ki, yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.
Ər təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5%-i həcmində dəyərləndirilib.
Hakim həmçinin boşananların adlarının açıqlanmaması barədə qərar verib. BBC yalnız onu bildirir ki, söhbət Qafqaz əsilli 61 yaşlı keçmiş treyderdən və onun 41 yaşlı, Şərqi Avropa doğumlu arvadından gedir. Cütlük Moskvada evlənib və Britaniyanın Surrey qraflığına köçüb. Bundan əlavə, məlumdur ki, təxminən 5 il əvvəl boşanan kişi Rusiya şirkətindəki payını 1,3 milyard dollara satıb.
RBK yazır ki, bu təsvirə "Nortqaz” şirkətinin 61 yaşlı keçmiş sahibi, "Forbes” jurnalının Rusiya reytinqində 67-ci olan Fərhad Əhmədov uyğun gəlir. Jurnal onun varidatını 1,3 milyard dollar həcmində qiymətləndirir. Bakıda anadan olmuş Əhmədov 1986-cı ildə Böyük Britaniyaya köçüb və London xəz birjasında treyder olub. 1987-ci ildə SSRİ-nin qaz müəssisələırinə avadanlıq satan "Tansley Trading” şirkətini təsis edib. 2012-ci ilin sonlarında Əhmədov "Nortqaz” şirkətindəki payını 1,38 milyard dollara "NOVATEK”ə satıb.
Fərhad Əhmədovun öz həyat yoldaşından boşanması ilə bağlı Britaniya məhkəməsinə göndərdiyi gizli bəyanatda milyarder həyat yoldaşının onu oğlunun sinif yoldaşı ilə aldatdığını bildirir.
Əhmədov bəyanatında məhkəmənin boşanma qərarından narazı olduğunu bildirib:
“Rusiyada boşanma Tatyana Əhmədovanın öz həyat yoldaşını bir neçə dəfə aldatmasını və öz sevgililərini yatağına hətta öz oğulları evdə olarkən qəbul etməsini etiraf etdikdən sonra icra olunub. Məhkəmənin qərarı əsassızdır. Ona görə ki, mən öz həyat yoldaşıma 20 milyon funt sterliq dəyərində ev vermişəm və onun qlamur həyat tərzi üçün milyonlarla funt ödəmişəm”. (BBC)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər