Azərbaycanda bəzi saytların bloklanması barədə qərar qəbul edilib

Xəbərin çap versiyası
Tarix: 12-05-2017, 15:47
Azərbaycanda bəzi saytların bloklanması barədə qərar qəbul edilib


Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat , Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "azadliq.info", "azadliq.org", "azərbaycansaati.com", "Meydan.tv" saytlarının, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.

SİVİL.AZ xəbər verir ki, məhkəmə iddianı təmin edib və həmin saytların bloklanmasına qərar verilib.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi qeyd olunan saytların bloklanması barədə mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz