“Bakı-2017”də Azərbaycanın ilk qızıl medalını kim qazandı?

Xəbərin çap versiyası
Tarix: 13-05-2017, 18:56
“Bakı-2017”də Azərbaycanın ilk qızıl medalını kim qazandı?


Mayın 13-də Azərbaycan yığma komandası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

SİVİL.AZ xəbər verir ki, qızıl medalı millimizin aktivinə atıcılıq yarışında mübarizə aparan Ruslan Lunyov yazdırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açmaq yarışında hamıdan dəqiq olub - (581-25 xal).

Türkiyəli Dikec Yusuf ikinci, pakistanlı Axtar Muhammad Xalil isə üçüncü yeri tutublar.

Ruslan Lunyov dünya kubokunun sahibi və dəfələrlə Azərbaycan çempionudur. Onun sonuncu böyük uğuru bu ilin martında dünya kubokunda bürünc medal qazanması olub.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz