DİQQƏT! Bu ərazilərdə at əti satılır - SİYAHI
Tarix: 13-05-2017, 22:44
“Mənşəyi bilinməyən, sağlamlığa ziyan olan ətlər ən çox Xaçmaz, Bərdə, Ağcabədi, Cəlilabad, Sabirabad, Kürdəmir, Şəki, Qəbələ və Daşkəsən ərazilərində qeydə alınır”.
SİVİL.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli açıqlamasında bildirib ki, 2017-ci ilin 4 ayı ərzində qeyd etdiyimiz rayonlarla yanaşı, Bakı şəhərində də həmin növ ət məhsulları aşkarlanıb:
“Ümumilikdə, 2017-ci ilin 4 ayı ərzində 15 min 386 kq mənşəyi bilinməyən, sağlamlığa ziyan olan ət məhsulları aşkar edilib. Bunlardan, hardasa 5 tondan yuxarı at, qalanları iribuynuzlu və xırdabuynuzlu heyvanların əti olub. Bunlar da aidiyyatı qurumlar və KİV vasitələrinin iştirakı ilə zərərsizləşdirilib. Həmin istiqamətində fəaliyyətimiz bu gün də davam etdirilir.
Qeyd edək ki, baytarlıq nəzarəti olan obyektlərdə belə hallar qeydə alınmayıb. Bu kimi hallar qeyri-qanuni, gizli formada, özlərini “iş adamı” adlandıran sahibkarların təsərrüfatlarında aşkarlanıb və zərərsizləşdirilib”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər