Bakıda saxta pul kəsən şəxslər tutulub

Xəbərin çap versiyası
Tarix: 15-05-2017, 11:12
Bakıda saxta pul kəsən şəxslər tutulub


Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

SİVİLİ.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb. (APA)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz