Ordumuz düşməni bu silahla darmadağın edib - VİDEO

Xəbərin çap versiyası
Tarix: 16-05-2017, 22:54
Ordumuz düşməni bu silahla darmadağın edib -


Ötən gün cəbhənin Füzuli-Xocavənd istiqamətində düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın OSA zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

SİVİL.AZ xəbər verir ki, ordumuzun düşməni “Spike”la məhv edib.

Erməni tərəfi isə Azərbaycanın məhv etdiyi Ermənistan ordusuna məxsus “OSA” zenit-raket kompleksi barədə açıqlama yayıblar. Bildirilib ki, erməni separatçıları hərbi texnikanın idarə olunan raket qurğusu “Spike” vasitəsilə vurulub. Ermənilər insan itkisinin olmadığını iddia edirlər.

Qeyd edək ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

Xatırladaq ki, sözü gedən silah – “Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

Spike tank əleyhinə raket kompleksi olub və Azərbaycan ordusunun arsenalına bir neçə il öncə daxil edilib. Spike raket kompleksi gecə və gündüz 50 metrdən 2500 m məsəfayədək yerləşən hədəfləri, zirehli texnikaları və tankları məhv etmək üçün nəzərdə tutulub. Çəkisi 22.25 kq olan bu kompleksin mərmisinin çəkisi 8.44 kq dır. Çapı 127 mm olan Bu idarə olunan raket kompleksi Azərbaycanla yanaşı Çexiya , ABŞ , Avstraliya , B.Britaniya kimi qabaqcıl dövlətlərin silahlanmasında istifadə olunur. (a24.az)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz