Yerli və xarici məşhurlar qocalanda belə olacaqlar - VİDEO

Xəbərin çap versiyası
Tarix: 17-05-2017, 14:17
Yerli və xarici məşhurlar qocalanda belə olacaqlar -


ARB TV-nin "Günə doğru” verilişində məşhurların qocalanda nəcə görünəcəkləri ilə bağlı maraqlı sujet yayımlanıb.


SİVİL.AZ xəbər verir ki, xüsusi proqram vasitəsilə məşhurların fotoşəkillərindəki görüntüləri yaşlandırılıb və maraqlı nəticələr ortaya çıxıb. Bəzi yerli və əcnəbi məşhurlar 30 il sonra necə görünəcəklər? Maraq bizi bürüdü, zaman maşınını işə saldıq.

Başlayaq müğənni Röyadan. Proqramın bizə göndərdiyi versiyaya inansaq, 30 il sonra Röyanın simasındakı o şıltaq, çılğın cizgilər tamamilə itəcək. Gözlərində qəribə kədər seziləcək. Bəlkə də yaşa dolmağın, daha səhnədə istədiyini edə bilməməyin kədərini yaşayacaq. Bir də bir suyu yaşlı fransız aktrisalarına oxşayacaq.

Dünya şöhrətli kikboksçumuz Eduard Məmmədov. Onun 30 il sonrasına baxanda elə də böyük fərq nəzərə çarpmır. Məmmədov yaşa dolanda sadəcə saçlarının kənarı ağaracaq, biraz da üzünə qırış düşəcək ki, bu da təbii haldır. Yenə gözlərindən gəncliyindəki döyüşkən baxışlar və qələbə arzusu oxunacaq.

Müğənni Rəhim Rəhimli. Quzu kəsim onun görünüşünə. Adamın fotolarını proqrama saldıq nə qədər çarpışdıq vuruşduq yenə də qocalda bilmədik. Bu gedişlə Rəhim 30 il sonra da başım ağrıyor, başım ağrıyor deyib ona buna quzu kəsəcək.

Qocalıq daha çox futbolçu Leonel Messini əldən salacaq. O, üz-gözünü qırış basmış ağsaqqal baba olacaq və onda biz ölməyib sağ qalsaq oğul uşaqlarımıza, nəvələrimizə danışacağıq ki, vaxt vardı bu qoca kişi gəncliyində 4-5 oyunçunu qabağına qatıb dünyanı ayağa qaldıran qollar vururdu.

Qocalmaq bilməyən sənətçilərdən biri türkiyəli müğənni Sibel Candır. Gözümüzü açıb kliplərdə, şokalad qutularının üzərində gördüyümüz o qadın obrazı 30 il sonra da gözümüzə aşağı yuxarı eyni cür görünəcək. Sibel xanımın Canı suludu maşallah. Təki 30 il sonra da belə şux qalsın.

Xalq artisti Faiq Ağayev də qocalığa təslim olmayanlardan biri olacaq. Yaş onun simasının təravətini aparacaq bəlkə amma içində qaynayan yaradıcılıq enerjisi ahıl çağında da gözlərindən oxunacaq. Ağsaqqal Ağayevə baxanda adama elə gələcək ki, o elə indi də səhnəyə çıxıb sındıra sındıra oynayaraq kansert salonlarını ayaqa qaldıracaq.

Ən gözəl qadınlar da qocalır, şair. Jennifer Lopezin 30 il sonrasına baxanda bu cümlə yadıma düşdü. Kliplərdə və səhnələrdə o şux əndamını titrədərək milyonların sevimlisinə çevrilən Ceylo illər sonra simasını sarmış qırışlar ucbatından bax belə solğun görünüşü ilə gündəmdə olacaq.

Tanınmış şoumen Murad Dadaşov isə niyəsə o qədər də qoca görünmür. Yaxud proqramın Dadaşovu qocaltmağa cəsarəti çatmadı. Birazca üzünə qırış, yanaqlarına da ağarmış tüklər əlavə etdi vəssalam.

Və sırada Elza Seyidcahan var. Bəstəkar-müğənni, hətta arada şairə kimi də təqdim olunan Elza hiss olunur ki, 30 il sonra da qocalıqla mübarizə aparacaq. Onun illərə təslim olmaq fikri yoxdur. O, ömrün ahıl çağına qarşı bax belə şaqqanaq çəkib gülmək fikrindədir. Amma illər simasına qırış düşəndə və saçları ağarandan sonra da "Mat qalmışam, mat... Yamanca zad qalmışam, zad” kimi misralar yaza biləcək ya yox, bax bunu zaman göstərəcək.



civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz